Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
15 May 2020 17:12
3 248
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-aprel aylarında 13,0 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artıb. Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma sektorunda, 30,5 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 17,1 faiz artıb.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,7 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 60,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 35,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 24,9 faiz, elektrik avadanlıqlarının istehsalı 20,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,0 faiz, kağız və karton istehsalı 19,3 faiz, tütün məmulatlarının istehsalı 18,9 faiz, içkilərin istehsalı 8,3 faiz, qida məhsullarının istehsalı 8,1 faiz, neft məhsullarının istehsalı 5,1 faiz, hazır metal məmulatlarının istehsalı 4,4 faiz, geyim istehsalı 3,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 1,2 faiz artmış, mebel istehsalı 0,9 faiz, poliqrafiya məhsullarının istehsalı 2,3 faiz, tikinti materiallarının istehsalı 4,5 faiz, maşın və avadanlıqların istehsalı 23,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,1 faiz azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 14,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz artıb.
14 Noyabr 17:56
2 212
14 Noyabr 17:40
2 142
14 Noyabr 17:19
2 317