Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
3 İyul 2020 10:31
2 079
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta sektorunun artımının hökumət tərəfindən tənzimlənən tariflərdən asılı olduğunu bildirib.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, həyat sığortası ölkənin sığorta sektorunun kiçik bir hissəsini təşkil edir və iqtisadiyyata girişi ("insurance penetration rate") orta səviyyədə olması səbəbindən ortamüddətli böyümə potensialına malikdir.
Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində icbari həyat sığortası üzrə yığımlar illik müqayisədə 15,8% artaraq 26 992,5 min manat, ödənişlər isə 15,6% azalaraq 811,8 min manat təşkil edib.
Agentliyin məlumatında deyilir ki, Azərbaycanın sığorta sektorunun konsentrasiyası yüksək səviyyədədir və bu, sektorda az şirkətin olmasından və bir neçə şirkətin böyük bazar payına sahib olmasıdır. "Fitch" sektorda artan konsentrasiyanın və seqmentlərin daralmasının kiçik sığorta şirkətlərinin iş imkanlarının azalmasına və bazara girişinin məhdudlaşacağına gətirib çıxaracağını gözləyir.
Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cəmi 355 907 min manat həcmində sığorta haqqı yığılıb və 136 799 min manat həcmində ödəniş həyata keçirilib. Beləliklə, sığorta yığımları örtən ilin eyni dövrü ilə müqayisədə 11,5%, ödənişlərdə isə 45,9% artım qeydə alınıb.
14 Noyabr 17:56
2 261
14 Noyabr 17:40
2 191
14 Noyabr 17:19
2 366