“Azərbaycan Türkiyə ilə danışıqlar aparır” Siyasət

“Azərbaycan Türkiyə ilə danışıqlar aparır”

Üzeyir Cəfərov: "Hulusi Akarın ölkəmizə səfəri hər iki ölkə üçün əhəmiyyətlidir"

Azәrbaycana rəsmi sәfәri başlayan Türkiyә Silahlı Qüvvәlәrinin baş qәrargah rәisi Hulusi Akar Fәxri Xiyabanda Heydәr Әliyevin vә Zәrifә Әliyevanın mәzarlarını ziyarәt edib. Hulusi Akar daha sonra nümayәndә heyәtilə Şәhidlәr Xiyabanını və Türk Şəhidliyini ziyarət edib. "Şәhidlәr dost vә qardaş ölkә olan Azәrbaycanın müstәliiyi üçün mübarizә aparıb vә şәhid olublar. Qәhramanlığınız azәrbaycanlı qardaşlarımız vә Silahlı Qüvvәlәr tәrәfindәn sonsuza qәdәr ehtiramla yad edilәcәk", deyə qonaq xatirə dəftərində qeyd edib.
Hulusi Akar dost vә qardaş ölkә olan Azәrbaycanda olmaqdan qurur duyduğunu da vurğulayıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar deyib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünə qarşı ikili standartları qəbul etmir: "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tam hörmət çərçivəsində və beynəlxalq hüquqa uyğun şəkildə nizamlanması üçün Türkiyənin dəstəyi davam edəcək. Onun sözlərinə görə, Türkiyə beynəlxalq ictimaiyyətin Ukrayna problemində göstərdiyi həssaslığı Dağlıq Qarabağ münaqişəsində də göstərməsini gözləyir. H.Akar qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) ("Çıraqov və digərlərinin Ermənistana qarşı" işi) 2015-ci ilin iyun ayında çıxarmış olduğu qərar Azərbaycanın mövqeyinin haqlı olduğunu bir daha göstərdi və önəmli dönüş nöqtəsi oldu: "AİHM həm Ermənistanın haqsız mövqeyini təsbit etdi, həm də bu ölkənin münaqişədə əsas məsuliyyət daşıdığını ilk dəfə hüquqi baxımdan sübut etdi".
Türkiyəli generalın Azərbaycana səfərinin görünməyən tərəflərini, səfərin Azərbaycan üçün nə kimi əhəmiyyət kəsb edəcəyini hərbi ekspert Üzeyir Cəfərovla araşdırıb. Üzeyir Cəfərov ordu generalının səfərinin hər iki ölkə üçün olduqca əhəmiyyət kəsb etdiyini bildirib: "Türkiyə Silahlı Qüvvələrində hər ilin avqust ayında dəyişikliklər həyata keçirilir. Hulusi Akar da silahlı qüvvələrin baş qərargah rəisi olaraq ilk səfərini əvvəlki sələfləri kimi Azərbaycana etdi. Bu da çox normal haldır. Ancaq onun səfəri bir sıra gərgin məqamlarla müşayət olundu. Ona görə ki, Türkiyənin Suriyada əməliyyatları, Rusiyanin Suriyaya müdaxiləsi, regiondakı gərginlik və digər məsələlər əlbəttə ki, müzakirə mövzusudur. Eyni zamanda Dağlıq Qarabağla bağlı məsələ də yəqin ki, Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə müzakirə olunub. Bu, təbiidir, çünki son vaxtlar Azərbaycana qarşı bəzi qüvvələr tərəfindən haqsızlıqlara yol verilir. Hesab edirəm ki, bu səfər də bir qədər həmin o etirazlı başları, Azərbaycan-Türkiyə müttəfiqliyinə xor baxan qüvvələri sakitləşdirəcək. Bu görüşün müsbət nəticələri çox olacaq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında çox böyük əməkdaşlıq, birgə planlar mövcuddur, hərbi təlimlər keçirilir. O cümlədən, Azərbaycan Türkiyədən zərbə helikopterləri almaq haqqında danışıqlar aparır. Bütün bunların fonunda Hulusi Akarın ölkəmizə səfəri Türkiyə ilə yanaşı Azərbaycan üçün də çox əhəmiyyətlidir".
Qeyd edək ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nümayəndə heyətini qəbul edib. Ölkə başçısı bu səfərin iki ölkənin əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacağını bildirib. Ordu generalı Hulisi Akar Türkiyə ilə Azərbaycan arasında əlaqələrin dünyada misli olmadığını, hər iki ölkə prezidentlərinin rəhbərliyi ilə bu əlaqələrin qarşıdakı illərdə daha da genişləndirilənəcəyini vurğulayıb.

Əli