“Belə bir tədbirin Azərbaycanda keçirilməsi təsadüfü deyil” Siyasət

“Belə bir tədbirin Azərbaycanda keçirilməsi təsadüfü deyil”

Elçin Mirzəbəyli: "Azərbaycan multikultural ənənələrinə görə, bütün dünyada tanınır və nümunə kimi göstərilir"

Musa Qasımlı: "Qlobal xarakter daşıyan forum həm də Azərbaycanın dünyadakı gücünü göstərir"

"Azərbaycanın IV dəfə belə bir mötəbər tədbirə ev sahibliyi etməsi beynəlxalq miqyaslı hadisədir". Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının beynəlxalq məsələlər üzrə katibi, palitoloq Elçin Mirzəbəyli deyib. Foruma qatılanların sayının ildən-ilə artdığını bildirən E. Mirzəbəyli söyləyib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi təsadüfü deyil:"Azərbaycan multikultural ənənələrinə görə, bütün dünyada tanınır və nümunə kimi göstərilir. 2016-cı il ölkəmizdə multikultiralizm ilidir və bu il çərçivəsində belə bir beynəlxalq tədbirin keçirilməsi, digər tədbirlərə rəng qatacaq. IV Qlobal Bakı Forumunun nəticələri bütövlükdə dünyada gedən proseslərə təsir göstərəcək, dialoqun, ünsiyyətin nə qədər önəmli olduğunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq. Forum beynəlxalq münasibətlər sistemində öz yerini tutmuş, kifayət qədər nüfuz qazanmış tədbirdir. Tədbir bu gün dünyada mövcud olan problemlərin, müzakirə olunması və çıxış yollarının tapılması, eləcə də humanitar fəlakətlərin, münaqişələrin qarşısının alınması üçün əlverişli, bəlkə də ideal bir platformadır".
Millət vəkili, professor Musa Qasımlı isə bildirib ki, Bakı şəhərində beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi artıq ənənə halını alıb: "IV Qlobal Bakı Forumu olduqca samballı tədbirdir. Adından da göründüyü kimi qlobal xarakter daşıyan forum həm də Azərbaycanın dünyadakı gücünü göstərir". Millət vəkili bildirib ki, Bakıda keçirilən qlobal forumlar xalqımızın, ölkəmizin tolerantlığının, multikultural dəyərlərə sahib çıxmasının göstəricisidir: Onun sözlərinə görə, Forum həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir: "Forumda çıxış edən ölkə prezidentləri, siyasi xadimlər svilizasiyaların toqquşması barədə dəyərli fikirlər səsləndiriblər. Bu gün Avropada böhran yaşanır, müsəlmanlara, başqa millətlərdən olanlara qarşı fərqli mövqe sərgilənir. Bir sözlə, mədəniyyətlər Avropada toqquşur. Birqütblü dünya bir sıra hallarda cəmiyyətlərə, dövlətlətərə problemlər yaradır. MDB ölkələrinin prezidentləri, digər siyasi xadimlər çıxışlarında dövlətlərin ərazi bütövlüyü məsələsini xüsusilə vurğuladılar. Azərbaycanla yanaşı Gürcüstan və Ukraynanın da ərazi bütövlüyü pozulub, digər MDB ölkələri də separatizmdən əziyyət çəkirlər. Azərbaycan Prezidenti İlham Əliyev forumdakı çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu, BMT-in işğal altındakı torpaqların azad edilməsilə bağlı 4 qətnamə qəbul etdiyini, amma icra edilmədiyini vurğulayıb. Azərbaycanın dövlət başçısı çıxışında dünyaya çox ciddi mesajlar göndərdi. Bildirdi ki, digər ölkələrlə bağlə qəbul edilən qətnamələr dərhal icra edildiyi halda, Azərbaycana gələndə məsələ yubanır. Düşünürəm ki, Azərbaycana qarşı bu ədalətsiz yanaşma dərhal aradan qaldırılmalıdır".
M.Qasımlı əlavə edib ki, IV Qlobal Bakı Forumunda səslənən fikirlər, irəli sürülən təkliflər bundan sonra ciddi müzakirələrə səbəb olacaq.