12 Avqust 23:39
12 Avqust 23:30
12 Avqust 23:33
336
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrem İmamoğlu partiyadan istefa etdiyini açıqlayıb.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda həbsdə olan İmamoğlu 17 illik CHP üzvlüyünə son qoyduğunu Prezidentliyə Namizədlik Ofisinin sosial media hesabında yayılan açıqlama ilə bildirib.
O, qərarı ilə Türkiyənin gələcəyinə və xalq qarşısında daşıdığı məsuliyyətə dair inandığı dəyərlərlə bağlı olduğunu qeyd edib.
İmamoğlu açıqlamasında Türkiyənin daha güclü, demokratik və ümidverici gələcəyini birlikdə qurmaq üçün “yeni bir yol” açdıqlarını bildirib.
İstefa İmamoğlunun CHP-dən ayrılaraq yeni siyasi quruma keçəcəyi ilə bağlı müzakirələrin fonunda baş verib.
Qeyd edək ki, İmamoğlu 2025-ci ilin martında İstanbul Şəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb və hazırda Silivri həbsxanasında saxlanılır.
12 Avqust 23:45
350
12 Avqust 23:33
406
12 Avqust 23:27
392