“Ərdoğanın məktubu əlaqələrinin düzəlməsi üçün təməl yarada bilər” Siyasət

“Ərdoğanın məktubu əlaqələrinin düzəlməsi üçün təməl yarada bilər”

Rusiya parlamentinin Federasiya Şurasının sədri: "Üzr gecikmiş olsa da, bildiyiniz kimi gec olması heç olmamağından yaxşıdır"

Rusiya parlamentinin Federasiya Şurasının sədri Valentina Matviyenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinə göndərdiyi məktubun Ankara-Moskva münasibətlərinin düzəlməsi üçün təməl ola biləcəyini ifadə edib.
Matviyenko "Üzr gecikmiş olsa da, bildiyiniz kimi gec olması heç olmamağından yaxşıdır. Bu zaman ərzində qarşılıqlı əlaqlərimiz bəzi neqativ zamandan keçib, keçmiş güvən anlayışı itirilib. Yenə də bu məktub Rusiya və Türkiyənin əlaqələrinin düzəlməsi üçün təməl yarada bilər", - deyib.
Putinin təyyarə problemi səbəbi ilə yaşanan vəziyyətin Rusiyanın türk xalqına olan dostca hisslərinə təsir etmədiyi ilə bağlı açıqlamalarını xatırladan Matviyenko baş verən hadisələrin fərqinə varıldığı üçün bu məktubu müsbət qarşılaya biləcəklərini deyib: "Rəcəb Tayyib Ərdoğan Rusiya prezidentinə məktubunda üzrünü dilə gətirib, həyatını itirən pilotun ailəsinə baş sağlığı diləyib, vəziyyətin düzəlməsini istədiyini ifadə edərək Rusiya ilə dost əlaqələrin düzəlməsi üçün hər şeyi etməyə hazır olduğunu ifadə edib".
Digər tərəfdən Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev Türkiyədən üzrdən başqa Suriya və İraqa qarşı siyasətini də dəyişdirməyi gözlədiklərini bildirib.
Sputnik Türkiyənin xəbərinə görə, Kosaçev "Rusiya və Türkiyə arasındakı ayrılıqların hamımızı təəccübləndirən faciədən (Türk F16-larının rus təyyarəsini vurması) çox daha dərin və sistematik olduğunu başa düşmək lazımdır. Bu ayrılıqlar Suriya və İraq da daxil olmaqla, bir çox nöqtədəki böhranın səbəbləri, gedişatı və mümkün nəticəsi ilə bağlıdır", - deyib.
Rusiya Federasiya Şurası müdafiə və təhlükəsizlik komitəsi sədri Viktor Ozerov isə prezident Ərdoğanın məktubunun Ankara-Moskva əlaqlərinin düzəlməsi üçün atılan ilk addım olduğunu deyib.
"Sputnik"ə müsahibə verən Ozerov "Bu üzrə əlaqələrin normallaşması üçün atılan ilk addım olaraq baxmaq mümkündür. Amma türk pomidorunun Rusiyaya, rus turistlərin də türk sahillərinə qayıtması üçün bu kifayət deyil", -deyə vurğulayıb.
Əlaqələrin tamamilə Türkiyənin atacağı sonraki addımlara bağlı olduğunu da ifadə edən Ozerov bildirib ki, əgər Türkiyə sonuna qədər getməkdə qərarlıdırsa, Rusiyanın gözlədiyi addımları atmağa məcburdur.