İlham Əliyev İsveçrə və Avstriyanın yeni prezidentlərini təbrik edib Siyasət

İlham Əliyev İsveçrə və Avstriyanın yeni prezidentlərini təbrik edib

Azərbaycan prezidenti İlham ƏliyevDoris Loythardı İsveçrə Konfederasiyasının prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Dövlət başçısının məlumatında deyilir:
"Hörmətli xanım Loythard, İsveçrə Konfederasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə İsveçrə arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
Dövlət başçısı həmçinin Avstriyanın yeni seçilmiş federal prezidenti Aleksander Van der Belleni təbrik edib: "Hörmətli cənab Van der Bellen, Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Avstriya dostluğu və əməkdaşlığının daha da möhkəmlənməsi, əlaqələrimizin bütün sahələrdə dərinləşməsi yolunda birgə səylər göstərərək ikitərəfli münasibətlərimizin inkişafına yeni töhfələr verəcəyik. Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".