“Ermənilər cəbhədə bilərəkdən vəziyyətin gərginləşməsində maraqlıdırlar” Siyasət

“Ermənilər cəbhədə bilərəkdən vəziyyətin gərginləşməsində maraqlıdırlar”

"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri ərəfəsində ermənilər cəbhədə bilərəkdən vəziyyətin gərginləşməsində maraqlıdırlar". Bunu politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, ötən həftə ermənilərin cəbhəboyu törətdikləri təxribatlar onu göstərir ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən təzyiq vasitəsi kimi istifadə etməkdə maraqlıdırlar. Bu arada, son zamanlar Azərbaycan ilə Qərb arasında münasibətlərin isinməsinin şahidiyik. Bu, istər-istəməz münaqişənin nizamlanmasına da tərsirsiz ötüşməyəcək. ATƏT-ə qaldıqda isə, indiki halda üç həmsədr dövlətin (Rusiya, ABŞ, Fransa) münaqişə ilə bağlı fikirləri üst-üstə düşür. Bu isə o deməkdir ki, onlar münaqişənin həllində maraqlı deyillər".