“Silah istehsalı mühüm əhəmiyyət kəsb edir” Siyasət

“Silah istehsalı mühüm əhəmiyyət kəsb edir”

"Silah-sursat istehsalı bir çox baxımdan mühüm əhəmiyyət kəsb edir". Bunu politoloq Tofiq Abbasov bildirib: "Silah-sursat istehsalı hər şeydən öncə perestijli bir biznesdir. Bu, özünü texniki-elmi və istehsalat baxımından güclü hiss edən dövlətlərin payına düşən bir məsələdir. Hər il müxtəlif dövlətlərdə - Çində, Rusiyada, Fransada, İndoneziyada və s. ölkələrdə irimiqyaslı hərbi sənaye komplekslərinin sərgiləri keçirilir. Bu sərgilrədə isə iştiakçı dövlətlərin nümayəndələri monitorinq aparır və ölkələri üçün əlverişli müqavilələr imzalayırlar.
Dünyada qarşıdurma meyilləri artdıqca, ölkələr müdafiə potensiallarını gücləndirirlər. Bu baxımdan hərbi təyinatlı məhsulların istehsalı vacib biznes sahəsinə çevrilib. ABŞ, Çin, Fransa və Rusiya silah ixracında önəmli yer tutan dövlətlərdir. Digər ölkələr də var ki, onların da hərbi sənaye kompleksi uğurla fəaliyyət göstərir. Azərbaycanda da hərbi sənaye yüksələn xətt üzrə inkişaf edir. Biz sadəcə digər ölkələrdən silah-sursat almırıq. Biz özümüz də bəzi silah-sursat növlərini digər ölkələrə satırıq. CAR, İsrail, Rusiya, İran, Türkiyə və digər ölkələrəl bizim əlverişli müqavilələrimiz var. Ölkəmizin eksport indeksləri artır və valyuta axını yüksəlir. Bu baxımdan silah istehsalı əlverişli biznes sahəsidir".