Türkiyə ordusu Suriyanın Tel-Rifat rayonunda antiterror əməliyyatına başlayıb Siyasət

Türkiyə ordusu Suriyanın Tel-Rifat rayonunda antiterror əməliyyatına başlayıb

Dünən Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat bölgəsini PKK terror təşkilatının Suriyaqolu PYD/YPG-dən təmizləmək üçün hərbi əməliyyata başlayıb.
Türkiyənin "Vatan" qəzetinin verdiyi məlumata görə, Türkiyə qırıcı təyyarələri ötən gecə PYD/YPG terrorçularının Tel-Rifat ətrafındakı mövqeləri bombalayıb. Bu gün isə Türkiyə ordusu və Azad Suriya Ordusunun bölmələri quru əməliyyatına başlayıb. Tel-Rifatın PYD/YPG terrorçularından təmizlənməsi ilə "Zeytun budağı" əməliyyatı başa çatacaq.
Qeyd edək ki, martın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusu və Azad Suriya Ordusunun növbəti hədəfinin Suriyanın Tel-Rifat rayonu olacağını açıqlayıb. R. T. Ərdoğan deyib ki, qısa müddətdə Tel-Rifat nəzarət altına alınacaq və "Zeytun budağı" əməliyyatı hədəfinə çatdırılacaq. Xatırladaq ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı əməliyyata başlayıb və ötən dövr ərzində Afrin bölgəsi tam nəzarətə götürülüb. Ərəblərin yaşadığı Tel-Rifat bölgəsi 2016-cı ildə Afrindəki PYD/YPG terrorçuları tərəfindən işğal olunub və "Zeytun budağı" əməliyyatı zamanı Afrindən qaçan terrorçular məhz Tel-Rifata və Tel-Rifat üzərindən Suriyanın digər bölgələrinə qaçıblar. Martın 24-də Tel-Rifat şəhərində yerli sakinlər aksiya keçiriblər. Aksiya iştirakçıları Türkiyə ordusunun və Azad SuriyaOrdusunun PYD/YPG terrorçularını bölgədən qovmasının istəyiblər.