Milli Məclisin sonuncu plenar iclasının gündəliyi müəyyənləşib Siyasət

Milli Məclisin sonuncu plenar iclasının gündəliyi müəyyənləşib

Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclasının gündəliyi müəyyənləşib.
Gündəliyə 20 məsələ daxil edilib. Bunlar "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihələri, Torpaq Məcəlləsinə dəyişiklik və digər məsələlərdir.
Qeyd edək ki, sonuncu iclas mayın 31-də keçiriləcək. İyunun 12-də isə bir qrup deputatın müraciəti əsasında növbədənkənar sessiya çağırılıb.