“Silahlar işə düşə bilər” Siyasət

“Silahlar işə düşə bilər”

Azərbaycan Prezidenti ötən həftə bütün dünyaya ölkəsinin Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin qaytarılması üçün müharibəyə hazır olduğunu nümayiş etdirdi.
Bakıda keçirilmiş paradda böyük sayda müxtəlif ölkələrin istehsalı olan silah-sursatlar nümayiş etdirilib.
Bu haqda "Rosbalt"ın bazar ertəsi dərc etdiyi məqalədə qeyd olunub.
Nəşrin yazdığına görə, Azərbaycan Cənubi Qafqaz məkanında ən çox müasir və yüksək texnologiyalı silahlar əldə edərək, yalnız regionda hərbi balansı nəzarət etməyə deyil, ermənilərin də gözünü qorxutmağa yönəlib.
Məqalədə qeyd olunur ki, Bakı yüksək məbləğdə vəsait xərcləyərək, "balans" çərçivəsindən kənara çıxıb. Əgər belə bir silahlar varsa, deməli onlardan atəş açıla bilər. Əgər Yerevan danışıqlar masasına işğal olunmuş Dağlıq Qarabağda separatçı rejimin nümayəndələrinin iştirakı olmadan qayıtmazsa, o silahlar işə düşə bilər.
Həmçinin müəlliflərin sözlərinə görə, Azərbaycan paradda nümayiş etdirdiyi silahlarla yanaşı, iyulun 2-dən 6-na qədər genişmiqyaslı təlimlərə başlayır. Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Bakıda keçirilmiş paraddan danışarkən burada çıxış edən Azərbaycan prezidenti İlham Əliyev 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağının Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edilməsi vurğulayıb:
"Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər.
Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır".
Məqalədə daha çox paradda nümayiş etdirilən Mİ-24, Mİ-24G, Mİ-35M, Bell-412 (ABŞ), MİQ-29 qırıcıları, "Spayk" raket əleyhinə çoxfunksiyalı zirehli maşınlar, silah və texnika – raketlər, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, həmçinin Azərbaycan istehsalı olan silahlardan bəhs edilərək Azərbaycanın hərbi gücü vurğulanıb.
Bakı küçələrində "Polonez"lər, "Qrad"lar, "Xarizantema"lar və digər hərbi texnikalar "gəzərək", bunların siyahısına alman silahları da əlavə olunacaq. Bu fonda 2016-cı ilin sentyabrında nümayiş etdirilən parad sönük qalır. Yerevandakı parada "İsgəndər"lər və "Smerç"lər bir az rəngləndirirdi.
Məqalədə qeyd olunur ki, regionda güclərin balanslaşdırılması Azərbaycanın xeyrinə işləyir. Lakin Ermənistan hələ də Rusiyadan 300 kilometr məsafədən hədəfi vurmaq gücünə sahib SU-30SM qırıcıları almağa ümid bəsləyir.
"Açıq mənbələrdən əldə edilən məlumata əsasən, söhbət Ermənistana dəyəri 300 miLyon dollar oan 12 qırıcıdan gedir. Hələ ki, bunların alınması üçün vəsaitin haradan götürülməsi bəlli deyil. Bu, ölkənin təhlükəsizliyi bir qədər artıra bilər", - deyə məqalədə qeyd olunur.
Ermənistandakı hakimiyət dəyişikliyindən sonra bunların baş tutması ciddi sual doğurur.
Bütün bunlar Yerevanın müdaxiləsi olmadan, Ermənistan-Azərbaycan arasında danışıqlarının tez bir zamadan keçirilməsini vurğulayır.