“Həmsədrlərin Azərbaycana qarşı ikili münasibəti hər zaman olub” Siyasət

“Həmsədrlərin Azərbaycana qarşı ikili münasibəti hər zaman olub”

"ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana qarşı ikili münasibəti hər zaman olub". Bunu millət vəkili Aytən Mustafayeva deyib. Onun sözlərinə görə, bu bir növ Minsk qrupunun üzvü olan dövlətlərin marağındadır: "Biz bunu bilirik və buna əlavə sübutlar lazım deyil. Hətta deyərdim ki, bunu təsdiq etmək üçün belə faktlar lazım deyil. Hər şey açıq-aşkar ortalıqdadır. Əslində Minsk qrupu boş, qondarma bir qurumdur. ATƏT-in Minsk qrupu həmsədri olan ölkələrin marağındadır ki, Azərbaycanın ərazisində cinayətkar bir struktur olsun və hər an onu canlandırıb ölkəmizə qarşı işlətmək olsun. Bugünkü Ermənistan hakimiyyəti möhkəm dayaqlar üzərində qurulmayan, hər şeyə əl atan isterik hakimiyyətdir. İşğalçı ölkə hər qapıya əl ataraq özünə dəstək axtarışındadır. Bu gün ABŞ qondarma Dağlıq Qarabağ rejiminin qarşısında durur. Beləcə biz yenidən Rusiya və ABŞ-ın bu məsələdə öz maraqlarını ön plana çəkdiyinin şahidi oluruq. Burada açıq şəkildə siyasi alverdən və erməni kartından istifadə olunmasından söhbət gedir. Təbii ki, erməni tulaları da ora-bura öz sahiblərinin yanına qaçmaqdadırlar. Onlar öz mövqelərini müəyyənləşdirməlidirlər. Artıq erməni xasiyyəti özünü göstərməkdədir".