Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
21 May 2019 13:16
1 379
AZƏRTAC xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyev Azərbaycan Respublikasının Prezidenti ilə bu görüşün onun üçün və ümumilikdə, Rusiya Elmlər Akademiyası üçün böyük önəm daşıdığını dedi. Əvvəlki illərdə Elmlər akademiyaları arasında birgə səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edən Aleksandr Sergeyev sonrakı dövrlərdə elmi əlaqələrin qırıldığını vurğulayaraq indi bu əlaqələrin yenidən bərpa edilməsinin zəruriliyini bildirdi. O, ölkəmizə səfərinin əsas məqsədinin bundan ibarət olduğunu diqqətə çatdırdı.
Dövlətimizin başçısı elm sahəsində əvvəllər mövcud olan ənənəvi əlaqələrin hazırkı dövr və gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı əsas yaratdığını bildirdi. Rusiya elminin son illər əldə etdiyi nailiyyətlərə toxunan dövlətimizin başçısı ölkələrimizin gələcək elmi əməkdaşlığı üçün yaxşı potensialın olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafının elm sahəsində də əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün yaxşı imkan yaratdığını dedi. Dövlətimizin başçısı Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin Azərbaycana səfərinin ölkələrimiz arasında elmi əməkdaşlığın inkişafı və bu sahədə konkret addımların atılması işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
16 Noyabr 13:33
1 365
15 Noyabr 21:25
2 163
15 Noyabr 17:47
1 743