Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
22 May 2019 12:34
2 275
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətində Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbər və nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatı, Bakı Dağ Yəhudiləri dini icması, Roma-Katolik Kilsəsinin Apostol Prefekturası, Avropa Yəhudilərinin Bakı dini icması və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının rəhbərləri iştirak ediblər.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirib ki, dünyada baş verən terror hadisələrinin fonunda Azərbaycanda stabillik hökm sürür.
O qeyd edib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarını hələ də işğal altında saxlayır: "Hələ işğaldan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətində müxtəlif dini icmaların nümayəndələri mehriban şəkildə yaşayıblar. Ermənilər 1992-ci ildə Şuşa şəhərini işğal etdikdən sonra oradakı rus-pravoslav kilsəsini erməni qriqoryan kilsəsinə çeviriblər. Digər tərəfdən, Şuşadakı tarixi "Mamayi" məscidindən kilsə kimi istifadə edib, orada dini ayinlər icra edirlər. Bundan əlavə, xristian-katolik kilsələri də erməniləşdirilib. Ermənistan özünü "birinci xristian ölkəsi" kimi dünyada tanıtmağa çalışır. Özünü belə hesab edən dövlətə məscidləri, kilsələri dağıtmaq yaraşarmı?! Azərbaycan müxtəlif dini icmalara, o cümlədən ermənilərə aid abidələri qoruyub saxladığı halda ermənilər işğal altında olan ərazilərimizdə xalqımıza aid qədim məscidləri, qəbiristanlıqları, ziyarətgahlarımızı dağıdırlar".
T.Gəncəliyev dini icma rəhbərlərini ermənilərin bu vandalizim aktlarına səssiz qalmamağa çağırıb.
Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının keşişi Konstantin Pominov bildirib ki, Şuşada yerləşən rus-pravoslav kilsəsinə müdaxilə etmələri barədə onlara məlumamat verməyiblər: "Qarabağ Azərbaycanın torpağıdır. Oradakı rus-pravoslav kilsələri də Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasına tabedir. Ermənilər Bizans imperiyasının tərkibində yaşayıblar".
Görüş bir sıra məsələlərin müzakirəsi ilə başa çatıb.
16 Noyabr 13:33
1 351
15 Noyabr 21:25
2 156
15 Noyabr 17:47
1 729