Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
1 İyul 2019 17:42
2 947
Son bir həftə ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunur. Müdafiə Nazirliyi bildirir ki, yalnız cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulur.
Əvvəlcə atəşkəs rejimin pozulma hallarının kəskin aşağı düşməsi, hazırda nisbi sakitliyin olması nəyə işarədir?
Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildiib ki, təmas xəttində qeydə alınan nisbi sakitlik diplomatik danışıqlarla əlaqədar deyil:
“Cəbhədə gərginliklər Ermənistanda müşahidə olunan proseslər fonunda baş verirdi. Bundan başqa, düşmən Vaşinqton danışıqları öncəsi cəbhədə təxribatlara əl atdı. Silahlı Qüvvələrimiz cavab atəşi ilə düşmənin bir neçə canlı qüvvəsini məhv etdi. Şəhidimizin qisasını aldılar”.
Polkovnik qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənin hər bir həmləsinə çox sərt formada cavab verir: “Artıq Ermənistanda gərginlik soyuyub. Buna görə cəbhədə atəşkəsin pozulma halları azalıb. Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətə nəzarəti əlində saxlayır. Gərginlik törədilərsə, cavab atəşi ilə atəş nöqtələri susdurulur”.
Şair Ramaldanov vurğulayıb ki, cəbhədə nisbi sakitlik müharibənin bitməsi anlamına gəlmir: “Müharibə davam edir. Sadəcə bir qədər cəbhədə nisbi sakitlikdir. Buna səbəb Azərbaycan Silahlı Qüvvələrinin vəzifəsini layiqincə yerinə yetirməsidir. Çünki atəşkəs pozulan kimi cavablarını alacaqlarını bilirlər. Doğrudur, hazırda hərbi əməliyyatların başlanmasına əsas yoxdur və cəbhədə nisbi sakitlikdir. Bu hal hər an pozula bilər. Bölmələr ayıq-sayıqdırlar. Döyüş şəraiti necədirsə, elə də davam edir. Sadəcə itkilər yoxdur. Sakitliyi təmin edən isə Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsində xidmət edən əsgərləridir”.
16 Noyabr 13:33
1 337
15 Noyabr 21:25
2 149
15 Noyabr 17:47
1 715