“Qərb dairələri siyasətdə naşı olan Paşinyanla iş görmək istəmirlər” Siyasət

“Qərb dairələri siyasətdə naşı olan Paşinyanla iş görmək istəmirlər”

“Ermənistan iqtidarında ikitirəlik yaranıb. Paşinyan baş nazir olandan sonra Qərblə əlaqələr qurmaq istədi, səfərlər etdi. Paşinyanın Rusiyaya yönəlik siyasəti Qərbdə birmənalı qarşılanmadı. Görünür Qərb dairələri siyasətdə naşı olan Paşinyanla iş görmək istəmirlər”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Əhəd Məmmədli səsləndirib. Ekspert bildirib ki, Ermənistan iqtidarında yaranan ikitirəliyin bir tərəfi baş nazir Paşinyandırsa, digər tərəfi prezident Sarkisyandır: “Düzdür Amerikaya səfər edən baş nazirin komanda üzvləridir. Ola bilsin Paşinyan Qərb dairələri ilə komandasının vasitəsilə əlaqələri yaxşılaşdırmaq istəyir. Yeni erməni iqtidarı Amerikaya göstərmək istəyir ki, Rusiya ilə deyil. Düşünmürəm ki, Amerika yeni erməni iqtidarı ilə fövqaladə yaxınlaşacaq. İndiki reallıqda bu mümkünsüzdür. Bu görüşlərdə Qarabağla bağlı yəqinki danışılacaq, lakin hansısa ciddi irəliləyişin olacağını fikirləşmirəm”.