Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
11 Oktyabr 2019 15:20
2 919
“MDB bir meydançadır və bu meydança çərçivəsində hər bir dövlət öz mövqeyini bildirir, nailiyyətlərini göstərir”. Bu fikirləri politoloq Fikrət Sadıqov Türkmənistanda keçirilən MDB dövlət başçıları Şurasının iclasının əhəmiyyəti ilə bağlı fikirlərini bildirərkən deyib. Onun sözlərinə görə, MDB böyük beynəlxalq struktur olmasa da, vaxtilə Sovet İttifaqı dağıldıqdan sonra bu birliyin yaranması dövlət başçıları arasında fikir mübadilələrinin aparılması, müqavilələrin imzalanmasına şərait, imkan yaradır. Politoloq söyləyib ki, Türkmənistanda MDB dövlət başçılarının iştirakı ilə keçirilən sammit ikitərəfli, çoxtərəfli münasibətlərin inkişafına müsbət təsir etməklə yanaşı, əməkdaşlıqla bağlı əhəmiyyətli sənədlərin imzalanmasına töhfə verəcək: “Sammit çərçivəsində imzalanan sənədlər Azərbaycan maraqlarına cavab verir. Bildiyiniz kimi, növbəti ildə II Dünya Müharibəsinin yekunları qeyd olunacaq və Azərbaycan bu sənədə də imza atıb. Hər kəsə məlumdur ki, Azərbaycanın II Dünya Müharibəsində payı artıq dərəcədə böyük olub. Ölkəmiz müharibə dövründə neft və enerji təminatına görə digərlərindən fərqlənir”.
Azərbaycan Prezidentinin də sözügedən sammitdə iştirakını xatırladan F. Sadıqov vurğulayıb ki, sammit çərçivəsində dövlət başçıları arasında aparılan müzakirələr ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq.
16 Noyabr 13:33
1 365
15 Noyabr 21:25
2 163
15 Noyabr 17:47
1 743