Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
24 Oktyabr 2019 21:43
1 981
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Çoe Ryonq Hae Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen Inın salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bildirildi, iqtisadi, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanların olduğu vurğulandı. Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu. Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyevin 1985-ci ildə Sovet İttifaqı rəhbərliyində çalışarkən Koreya Xalq Demokratik Respublikasına səfərinin məmnuniyyətlə xatırlandığını vurğuladı. Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olacağına əminlik ifadə edildi. Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen Inın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Kim Çen Ina çatdırılmasını xahiş etdi.
16 Noyabr 13:33
1 365
15 Noyabr 21:25
2 163
15 Noyabr 17:47
1 743

