Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
25 Noyabr 2019 19:25
1 967
Tahir Kərimli: “Ən dəhşətli fakt ölüm şəhadətnaməsinin alınması ilə bağlıdır”
“Azərbaycanda bir çox ölüm hadisələri baş verir. Adət-ənənə, müsəlmançılıq nəzərə alınmaqla 99 faiz halda meyit yarılmır və akt tərtib olunur ki, guya yarılıb. Əvəzində meyit yarılmadan ekspertin cibinə pul qoyulur ki, “çox sağ ol, az-çox sən bunu etdin”. Ona görə də bu sahədə korrupsiya var. Halbuki heç bir müstəntiq, prokuror və ya məhkəmə meyitin yarılmasının zəruri şərtlərini irəli qoymur”.
Bunu deptat Tahir Kərimli “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bütün hallarda ölüm hadisələrində tələb qoyulur ki, meyit mütləq şəkildə yarılmalı və daxili müayinə olunmalıdır:
“İnsanın əzizi rəhmətə gedir, şokdadır. Amma bilmir bu dərdi çəksin, yoxsa kimsə gəlib deyir ki, meyit yarılmalıdır, onu düşünsün. İnsanlar bundan olduqca narahat olur. Ona görə də qeyri-hüquqi və psixoloji məsələlər ortaya çıxır. Cərəyan vurulması və ya suda boğulma halları üçün niyə meyit yarılmalıdır? Axı səbəb bəllidir. Ən dəhşətli fakt isə ölüm şəhadətnaməsinin alınması ilə bağlıdır. Həm vətəndaşların narazılığını, həm də korrupsiya hallarını, həm də vaxt itkisini aradan qaldırmaq üçün bu məsələni də həll etmək lazımdır. Ancaq dövlət məhkəmə ekspertlərinin rəyini qəbul edirlər. Əgər özəl məhkəmə ekspertizası yaradılmasını istəyiriksə, niyə onlara hər hansı funksiya və səlahiyyət verməyək?!”.
Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov deputat Tahir Kərimli ilə razı olduğunu deyib:
“Keçən dəfə çıxışımda da dedim ki, elə məsələlər var ki, onları özəl ekspertlərə vermək olar. Onu da qeyd edim ki, qanunda bu məsələ həllini tapıb. İşi bilən insanlar gələcəkdə bu işə cəlb olunacaqlar”.
16 Noyabr 13:33
1 274
15 Noyabr 21:25
2 100
15 Noyabr 17:47
1 666