Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
12 Mart 2020 14:44
2 289
Martın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb. Nazir Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və hörmətlə yanaşdığı üçün səfirə minnətdarlığını bildirib.
Müdafiə naziri Azərbaycan ilə Almaniya arasında müxtəlif sahələrdə əlaqələrin möhkəm əsaslar üzərində qurulduğunu qeyd edərək ikitərəfli və NATO proqramları çərçivəsində, xüsusilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışıb.
V.Maniq öz növbəsində ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib və ölkəsinin Azərbaycan ilə münasibətlərin genişləndirilməsi, o cümlədən hərbi sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə tərəflər Azərbaycan Ordusunun zabitlərinin təcrübə mübadiləsi məqsədilə Almaniya Silahlı Qüvvələrinin qərargahlarında xidmət keçmələri, ordumuzun nümayəndələrinin Almaniya hərbi qulluqçularının cəlb edildiyi hərbi təlimlərdə müşahidəçi qismində iştirakı, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, regional enerji layihələrinin təhlükəsizliyinin birgə təmin edilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Bildirilib ki, Azərbaycan ilə Almaniya arasında hərbi əməkdaşlıq sahəsində yeni layihələrin həyata keçirilməsi cari ildə də davam etdiriləcək.
16 Noyabr 13:33
1 274
15 Noyabr 21:25
2 100
15 Noyabr 17:47
1 666