İlham Əliyev Ştefan Füleni qəbul edib Siyasət

İlham Əliyev Ştefan Füleni qəbul edib

Prezident İlham Əliyev dünən Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın xəbərinə görə, görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.