Ötən ay iki cərrahın ixtisasına uyğun olmayan plastik əməliyyatlar apardığı aşkarlanıb
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
"Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb"-Qüdrət Həsənquliyev
Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
9 Aprel 2020 13:54
2 044
Milli Məclisin plenar iclasları və komitə iclasları videokonfrans sistemi vasitəsilə keçiriləcək.
Bununla bağlı məsələ Milli Məclisinin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Nizamnaməyə yeni əlavənin edilməsi təklif edilir. Əlavədə qeyd olunur: “Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar parlamentin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir”.
Bu Qanun 2020-ci il dekabrın 30-dək qüvvədə olacaq.
Təklif ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.