Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Dövlət başçısından mühüm mesajlar...

Dövlət başçısından mühüm mesajlar... Siyasət

Dövlət başçısından mühüm mesajlar...

Prezident İlham Əliyev ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan və videokonfrans şəklində keçirilən toplantıda önəmli mesajlar verdi. Çıxışında Qarabağ münaqişəsindən tutmuş, demək olar ki, bütün sahələri əhatə edən dövlət başçısı islahatların dərinləşdiriləcəyini vurğuladı, eyni zmanda, yaxın gələcəkdə fərqli siyasi reallıqların olacağını önə çəkdi.
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Xalq cəbhəsi”nə açıqlamasında bildirdi ki, müşavirədə səslənən fikirlər koronavirusla çox çətin mübarizə şəraitində Azərbaycanın daxili sosial-iqtisadi və xarici siyasət sahələrində qazandığı mühüm nəticələrin konkret dəyərləndirilmədi baxımından əhəmiyyətlidir. O, əlavə etdi ki, müşavirədə Prezidentin Azərbaycan xalqına, daxili siyasi qüvvələrə və beynəlxalq təşkilatlara bir neçə maraqlı mesajları oldu: “Hazırda bütün dünyanı, eləcə də bizim xalqımızı ən çox narahat edən məsələ koronavirus problemi olduğu üçün mühüm mesajlardan biri bu istiqamətdə açıqlandı. Dünyaya bəyan edildi ki, bütün dünyanın mütləq əksəriyyəti koronavirusdan böhran yaşadığı halda, Azərbaycan bir qədər aşağı sürətlə olsa da inkişaf edir, bu inkişaf özünü hər sahədə göstərir. Azərbaycan xalqı üçün virusun qarşısının alınmasında nail olduğumuz pozitiv dinamika barədə şəxsən Prezidentin özündən dəqiq məlumat alması çox önəmlidir. Perspektivdə hətta karantin tədbirlərinin yumşaldıla biləcəyi barədə Prezidentin sözləri azı iki cəhətdən böyük taktiki -strateji əhəmiyyətə malikdir. Əvvala, bu çətin şəraitdə xalqın inamı bərpa olunur. İkinci, karantin tədbirlərinin yumşaldılmasının indi daha çox xalqın özündən, məhdudiyyətlərə nə qədər dəqiq əməl ediləcəyindən asılı olduğu barədə tam aydın təsəvvür yarandı. Xalqımıza deyildi ki, koronavirusun daha tez bitməsi üçün daha məsuliyyətli və intizamlı olmaq gərəkdir.
Koronavirusla mübarizə prosesinin ölkədə struktur islahatlarının yeni mərhələdə davam etdirilməsi üçün əlavə əsaslar ortaya qoyub. Prezident siyasi və struktur islahatlarının davam etdiriləcəyini bəyan etməklə əslində postkorona islahatlar mərhələsinin daha maraqlı və geniş olacağının anonsunu verdi. Ölkədə hər bir siyasi müxalifət cərəyanı üçün konkret perspektivlər göstərildi. Dövlətçi və sivil müxalifət yeni siyasi sistemin formalaşmasında daha fəal rol alacaq, əksinə, radikal və dialoqdan qaçanlar özünü təcrid şəraitində daha da zəifləyərək sıradan çıxacaq.
Hökumətə əlavə qazanc mənbələrinin axtarışı barədə verilən göstəriş hələ uzun müddət öz müsbət nəticələrini göstərəcək.
Sosial dəstək layihələrinin intensiv şəkildə davam etdiriləcəyinə yüksək təminatlar ifadə edildi. Heç bir sosial layihənin ixtisar edilməyəcəyi barədə Prezidentin sözləri Azərbaycan cəmiyyəti tərəfindən etibarlı təminat kimi qəbul olunur”.
Deputat Azər Badamov deyib ki, Prezident İlham Əliyevin birinci rübün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər koronavirus pandemiyası dövründə, həm də postpandemiya dövründə ölkəmizdə atılmalı vacib addımların yol xəritəsidir.
O bildirib ki, Prezident müşavirədə çıxışı zamanı çox doğru olaraq “Biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır - insanların sağlamlığı”, - fikrini qeyd etdi: "Ölkə başçısının bu fikrinin arxasında böyük fəlsəfə dayanır. Bu fəlsəfə prezidentin öz xalqına olan sevgisindən irəli gəlir. Prezident bütün dövlət resurslarını insanların bu gözəgörünməz bəladan qorunması üçün səfərbər edib. Həm də, imkanlı insanlara, sahibkarlara da çağırış edir ki, bu çətin gündə sosial vəziyyəti aşağı olan insanlara dəstək dursunlar. Yəni, bunu cənab Prezidentin çağırışı kimi də başa düşmək olar”.
Bu gün ölkəmizdə iqtisadi imkanlar çərçivəsində Azərbaycanın iqtisadi fəallığının, makroiqtisadi sabitliyinin qorunması, sosial dəstəyə ehtiyacı olan şəxslərə dövlət dəstəyinin göstərilməsinə dair Tədbirlər Planının həyata keçirildiyini deyən A.Badamov vurğulayıb ki, sosial tədbirlər planı 1,9 milyondan çox insanın sosial müdafiəsinə yönəldilib: “Dövlət büdcəsindən ilkin olaraq 2,5 milyard manatdan çox vəsait ayrılıb, sahibkarlıq subyektlərinə öz iqtisadi fəallıqlarını bərpa etdirilməsi üçün dövlət dəstəyi proqramı hazırlanıb”. O vurğulayıb ki, bu xərclər dövlət büdcəsində nəzərə alınmamışdı: “Lakin vaxtında atılan düzgün sosial-iqtisadi siyasət kursu nəticəsində dövlətimizin iqtisadi imkanları artıb, böhranlı vaxtlarda istifadə edilməsi üçün valyuta ehtiyatlarımız formalaşıb. Mart ayından başlayaraq pandemiya ilə mübarizə istiqamətində çoxlu məhdudiyyətlər tətbiq olunmasına baxmayaraq, birinci rübün sosial iqtisadi göstəricilərinin mənzərəsinin müsbət olması qarşılaşdığımız növbəti dünya böhranından az itkilərlə çıxa biləcəyimizi deməyə imkan verir. I rübdə ÜDM 1.1%, qeyri-neft sektorunda artım 3%, qeyri-neft sənayemiz 23%, kənd təsərrüfatımız 3,7%, əhalinin pul gəlirləri 7% artıb. Vergi və gömrükdən proqnozdan əlavə 300 milyon manat vəsait dövlət büdcəsinə daxil olunub”.
Millət vəkili qeyd edib ki, ümumdünya iqtisadiyyatına nəzər yetirdikdə və ölkəmizlə müqayisə edikdə dünyada ÜDM-nin mənfiyə doğru hərəkətdə olduğunu görərik: “Bir çox ölkələrin milli valyutaları kəskin infilyasiyaya məruz qalıb. Azərbaycanda isə dünyada baş verən hadisələr insanlar arasında müəyyən müddət panika yaratsa da artıq hamı əmindir ki, ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılır. Heç bir narahatçılıqa əsas yoxdur. Manat xaricə təsirlərə qarşı davamlıdır. Təbii ki, bu iqtisadi sabitliyimizin əsasında ölkə başçısının gələcəyə hesablanmış düşünülmüş siyasəti dayanır”.
Qlobal pandemiyanın Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcəyini deyən A.Badamov əlavə edib ki, dünyada elə bir ölkə yoxdur ki, bundan təsirsiz ötsün: “Pandemiyadan sonra dünyada iqtisadi mənzərə dəyişiləcək və əvvəlki səviyyəyə qayıtmaq çətin olacaq. Lakin ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında aparılan düşünülmüş siyasət müəyyən müddətdən sonra bizə öz iqtisadi fəallığımızı bərpa etmək imkanı verəcək. Bu gün isə qeyd etdiyim kimi, bütün imkanlar pandemya ilə mübarizəyə cəlb olunub. 20-dən çox xəstəxana, Yeni klinika koronavirus xəstələrin müalicəsinə verilib. Tibbi maska və dizenfeksiya vasitələri istehsal edən sahələr qısa bir zamanda istismara verilib. Ölkədə xüsusi karantin rejimi tətbiq olunaraq mədudiyyətlər tətbiq olunub. Məhz ölkə başçısının tapşrıqları ilə görülən tədbirlərin göstəricisidir ki, Azərbaycanda koronavirus pandemiyasına yoluxmaların sayını aşağı həddə saxlaya bilmişik. ÜST-ın rəhbəri də Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər çox müsbət dəyərləndirib və bir çox ölkələr üçün nümunə olduğunu qeyd edib. Atılan addımlar, görülən işlər bir daha sübut edir ki, Azərbaycan dövləti üçün vətəndaşlarımızın sağlamlığı ilk yerdə dayanır. Biz birlikdə güclüyük”.
Millət vəkili Elman Məmmədov diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirdiyi müşavirədə demək olar ki, bütün məsələlər əhatə olundu, bütün sahələrə, görülən işlərə, qarşıda duran vəzifələrə toxunuldu: “Cənab Prezidentimiz göstərdi ki, biz birinci rübün xüsusilə ilk iki ayını uğurla, irəliləyişlə başa vurmuşuq və islahatlar davam edib. Ancaq indi məlum koronovirus pandemiyası nəticəsində bütün dünyada olduğu kimi Azərbaycanda da müəyyən məsələlər var ki, onları həll etmək dövlətin bir nömrəli borcuna və vəzifəsinə çevrilib. Bir sözlə, qarşıda duran vəzifələr aydınlaşdırıldı və tapşırıqlar verildi. Ölkə başçısı xüsusilə bir neçə dəfə onu qeyd etdi ki, bizim gördüyümüz bütün işlərin kökündə məqsəd insanımızı bu bəladan qorumaqdır. Cənab Prezidentimiz karantin rejimi dövründə çətinliklərin mövcud olmasını da vurğuladı. Ancaq bunun tez başa çatması üçün qanunlara riayət olunmalıdır. Belə olan təqdirdə biz qalib gələcəyik və karantin rejimi aradan qalxacaq. Əks təqdirdə dövlət, hökumət məcbur olacaq ki, xüsusi karantin rejiminə aid olan tədbirlər daha da sərtləşdirilsin. Dövlət başçısı qeyd etdi ki, bunun sərtləşməsi insanlarımızın xeyrinədir. Çünki insanlarımız bu bəlaya düçar olmasınlar, həyatda qalsınlar və yaşasınlar. Aztəminatlı ailələrlə bağlı, tələbələrimizlə, işsizlərlə, sahibkarlarla bağlı və s. bütün sahələrin hamısına toxunuldu. Hesab edirəm ki, keçirilən bu müşavirədə cənab Prezidentimizin proqram xarakterli nitqi çox məsələlərə aydınlıq gətirdi. Dövlət başçısı eyni zamanda dünya miqyasında tədbirlərə, beynəlxalq aləmdə baş verən məsələlərə, vəziyyətə nəzər saldı”.

Əli