Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
28 Aprel 2020 13:39
2 044
Azərbaycanın Avronest Parlament Assambleyasındakı rəhbər və üzvləri məlum olub.
Azərbaycanın Avronest Parlament Assambleyasındakı rəhbəri Milli Məclisin deputatı Azər Kərimli seçilib.
Azər Kərimli Midern.az saytına açıqlamasında məsələni təsdiqləyib: “İlk növbədə Milli Məclisin rəhbərliyinə bu vacib və məsuliyyətli vəzifəni mənə həvalə etməklə göstərilən etimada görə təşəkkür edirəm.
Altıncı çağırış Milli Məclisin ilk iclasında çıxış edən dövlət başçımız millət vəkillərinin beynəlxalq təşkilatlarda fəaliyyətlərinin daha da intensivləşdirməsi istiqamətində proqram xarakterli tövsiyələr vermişdi. Nümayəndə heyətinin üzvləri olan həmkarlarımla birgə çalışacağıq ki, ölkəmizin maraqlarını qorumaq, eləcə də, Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə daha geniş formada çatdıraq istiqamətində bütün bilik və bacarıqlarımızı səfərbər edək”.
Azər Kərimli 13 nəfər nümayəndə heyəti ilə Avronest Parlament Assambleyasında təmsil olunacaqlarını bildirib: “Bildiyiniz kimi, Şərq Tərəfdaşlığı proqramına əsasən Parlament Assambleyasında 5 ölkə iştirak edir. Hər ölkənin nümayəndə heyəti 10 nəfərdən ibarətdir. Avropa tərəfdən isə Avropanın 60 deputatı iştirak edir. Azərbaycan nümayəndə heyətindən isə 13 nəfər təmsil olunacaq ki, onlardan 10 nəfəri əsas heyətdə, 3 nəfəri isə əvəzləyici heyətdə yer alacaq”.
16 Noyabr 13:33
1 267
15 Noyabr 21:25
2 093
15 Noyabr 17:47
1 659