WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başladı
Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır - FOTOLENT
Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
18 May 2020 18:37
3 115
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Şefik Caferoviç koronavirus pandemiyası zamanı Bosniya və Herseqovinaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür məktubu göndərib.
Bu barədə Bosniya KİV məlumat yayıb.
“Bosniya və Herseqovina vətəndaşlarına kömək etmək üçün qətiyyət nümayiş etdirən ölkələrdən biri də, şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikasıdır. Bu çətin günlərdəki həqiqi və səmimi dostluğu tanıyırıq. Azərbaycan Respublikası son həftələrdə nümayiş etdirdi ki, o, Bosniya və Herseqovina vətəndaşlarının həqiqi və səmimi dostudur”, - Bosniya və Herseqovina Rəyasət Heyətinin açıqlamasında bildirilib.
Daha əvvəl Bosniya və Herseqovinanın Təhlükəsizlik naziri Fahrudin Radonçiç göstərilən dəstəyə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür etmişdi.