Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
27 İyul 2020 14:27
1 498
Azərbaycanda orduya dəstək məqsədi ilə müxtəlif qurumlar və təşkilatlar tərəfindən dəstək aksiyalarına başlanılıb. Sözügedən aksiyaların birində işlənmiş və istifadəyə yararsız təkərlər toplanaraq cəbhə bölgəsinə yola salınır.
Belə dəstək aksiyalarından biri də Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçirilən “Hər şey vətən üçün” aksiyasıdır. Aksiya çərçivəsində Agentlik “Baku Bus” MMC-nin, eyni zamanda digər daşıyıcıların istehsalat bazasında olan işlənmiş təkərləri toplayaraq, cəbhə bölgəsinə yola salır. Bugünə qədər qurum tərəfindən 31 yük avtomobili ilə 12600-dən artıq təkər cəbhəyə göndərilib.
Orduya dəstək üçün həyata keçirilən aksiyalarla bağlı açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas bildirdi ki, cəbhədə baş verən hadisələrdə bütün dövlət qurumları bərabər idilər və bir-birlərinə dəstək göstərirdilər. Belə çətin vaxtda dövlət qurumlarımız, nazirliklər və təşkilatlar bir-birindən ayrı ola bilməzlər.
Millət vəkili təkərlərin səngərlərdə mühüm material olduğunu da vurğulayıb:
“Adətən kisələrə qum və torpaq dolduraraq onları səngərlərə qoyurlar. Çünki qum güllənin qarşısını alır, onu soyudur və qumdan güllə keçə bilmir. Adi avtomat gülləsi 15 sm-lik sementi dəlib-deşir, lakin 20 sm-lik qumu keçə bilmir. Təkər də gülləni soyudan materialdır. Təkərlərin içərisinə qum yığdıqdan sonra səngərdə yerləşdirilir və kisələri əvəz edir. Bəzən isə təkərləri yandırmaqla dronların hansısa mövqeni müəyyən etməsinin qarşısı alınır”.
A.Abbas bildirib ki, BNA tərəfindən təkərlərin göndərilməsi ilə bağlı həyata keçirilən bu addımlar qurumun orduya, cəbhəyə, əsgərə dəstəyidir.
16 Noyabr 13:33
1 274
15 Noyabr 21:25
2 100
15 Noyabr 17:47
1 666
