Anjey Kaspşik Dağlıq Qarabağa görə təltif olundu Siyasət

Anjey Kaspşik Dağlıq Qarabağa görə təltif olundu

Rusiya və ABŞ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini təltif edib.
Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Tvitter səhifəsində yazıb. Anjey Kaspşik Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi fəaliyyətinə görə təltif olunub. "Sülh və əminamanlıq diplomatiya nəticəsində əldə oluna bilər, münaqişə ilə deyil", - deyə Uorlik qeyd edib.
Yeri gəlmişkən, "Trend" tam haqlı olaraq soruşur: "Çox maraqlıdır, Anjey Kaspşik hansı xidmətlərinə görə bu təltifə layiq görülüb? O, sadəcə öz missiyasını yerinə yetirir. Əgər münaqişənin həllində irəliləyiş yoxdursa, cəbhədə vəziyyət gərgin olaraq qalırsa, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməyibsə, burada hansı uğurdan və ya fəaliyyətdən danışmaq olar?".
Sayt daha sonra vurğulayır ki, görünür, bu təltif Anjey Kaspşikin regiona turist səfərlərinə görədir: "Buna başqa ad vermək olmaz".