“Onlar hələ də girovluqdadır” Siyasət

“Onlar hələ də girovluqdadır”

Bahar Muradova: "Son zamanlar baş verən hadisələr gələcək təhlükəsizliyimiz üçün yaxşı heç nə vəd etmir"

Son zamanlar baş verən hadisələr bizdə narahatlıq yaradır və gələcək təhlükəsizliyimiz üçün yaxşı heç nə vəd etmir". Bu sözləri Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova ATƏT Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı deyib.
Bahar Muradova Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovu xatırladaraq onların ailələrinin qəbirlərini ziyarət etmək üçün öz doğma torpaqlarına getdiklərini və orada girov götürüldüklərini deyib: "Onlar həmin separatçı rejim tərəfindən məhkəməyə çıxarılıblar, digər azərbaycanlı Həsən Həsənov isə öldürülüb. Hadisədən sonra mən ATƏT-in bütün rəsmi nümayəndələrinə, o cümlədən ATƏT PA-ya bu insanların azad olunmalarına kömək etmələri üçün məktubla müraciət etmişəm. Təəssüf ki, mənzərə ürəkaçan deyil. Onlar hələ də girovluqdadır".