“Partiyalar arasında rəqabət həmişə olub” Siyasət

“Partiyalar arasında rəqabət həmişə olub”

Əli Orucov: "Sağlam rəqabətə, prinsiplərə söykənməyən məsələlər düşmənçiliklə bitir"

"Ümumiyyətlə AXCP-Müsavat qarşıdurması diqqət mərkəzinə çevrilmək üçün qurulan bir məsələ deyil". Bunu Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov deyib.
AMİP funksionerinin sözlərinə görə, partiyalar arasında rəqabət həmişə olub: "Təbii ki, AXCP və Müsavat arasında yaranan qarşıdurma da buna bariz sübutdur. Əslində siyasi partiyalar arasındakı rəqabət də normal qarşılanmalıdır. Hesab edirəm ki, sağlam rəqabətə, prinsiplərə söykənməyən məsələlər ya düşmənçiliklə bitir, ya da qarşılıqlı ittihamlar, neqativ hallarla yekunlaşır".
Qeyd edək ki, bir neçə gün bundan qabaq AXCP rəhbərliyi ilə partiyanın gənc fəalları arasında da qarşıdurma baş vermişdi. Nəticədə partiyanın Gənclər Komitəsinin üzvü Ehtiram Mehdiyev, Kamandar Hüseynov və Cavid Musazadə bu qarşıdurmanın nəticəsi olaraq AXCP-dən xaric olunub.

Əli