İran prezidenti: “Novruz kifayət qədər fəal bir mədəniyyətə çevrilib” Güney Azərbaycan

İran prezidenti: “Novruz kifayət qədər fəal bir mədəniyyətə çevrilib”

"Novruz bayramı artıq qədim ənənə deyil, bu, kifayət qədər fəal bir mədəniyyətə çevrilib". APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İran prezidenti Həsən Ruhani deyib.
Əfqanıstan paytaxtı Kabildə keçiriləcək IV Beynəlxalq Novruz Festivalında iştirak etmək üçün bu ölkəyə yollanan H. Ruhani bildirib ki, bölgə ekstremizm, terrorçuluq və münaqişələrdən əziyyət çəkir və bu çərçivədə keçirilən görüşlər problemləri aradan qaldırmaq üçün yaxşı fürsətdir.
Qeyd edək ki, Azərbaycanı tədbirdə baş naziri müavini Elçin Əfəndiyev təmsil edir.