Milli-mədəni fəal Mahmud Fəzli Təbriz zindanında aclıq aksiyasına başladı Güney Azərbaycan

Milli-mədəni fəal Mahmud Fəzli Təbriz zindanında aclıq aksiyasına başladı

Güney Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda mübarizə apardığına görə 9 il həbs cəzasına məhkum edilən və hazırda Təbriz zindanında həbsdə yatan milli-mədəni fəal Mahmud Fəzli bu gündən etibarən aclıq aksiyasına başlamışdır. Aksiyaya səbəb onun 2 ay öncə özü və dostları barədə apelyasiya ərizəsi yazmasına rəğmən, şikayətinə hələ də cavab verilməməsidir. Əldə etdiyimiz məlumata görə, şikayət ərizəsi Təbriz zindanının rəisi tərəfindən heç lazımi strukturlara göndərilməyib də. Mahmud bəyin özünü isə 5 gün öncə zindanın 7-ci bəndinə köçürüblər.