İranda siyasi gərginlik Dünya

İranda siyasi gərginlik

Nüvə razılaşmasından sonra İranda dini liderlə prezident arasında fikir ayrılığı dərinləşməkdədir.
Ölkənin dini lideri Ayətullah Əli Xamenei son çıxışlarından birində sanksiyaların ləğvinə təmkinli yanaşaraq "ABŞ-a güvənə bilmərik", - demişdi.
Lakin Prezident Həsən Ruhani bu mövzuda Xamenei ilə razılaşmır. O, Milli Nüvə Texnologiya Günü münasibəti ilə təşkil olunan mərasimdə Qərblə əməkdaşlığa açıq olduqlarını deyib:
"Biz mülayim siyasət tərəfdarıyıq. İran heç bir ölkə üçün təhdid deyil. Tehran bütün dünya ilə əlaqə qurmaq istəyir. Yüzdə yüz güvən, ya da etibarsızlıq deyə bir şey ola bilməz".
Analitiklərin fikrincə, mülayim siyasəti ilə diqqət çəkən Ruhani ilə mühafizəkar qanad arasında çatlar dərinləşməkdədir. Mühafizəkarlar nüvə razılaşmanın ölkə iqtisadiyyatına kifayət qədər müsbət təsiri olmadığını müdafiə edərək Qərblə əlaqələri kəsməyi tələb edir.