Bizi Rusiyadan qoruyun Dünya

Bizi Rusiyadan qoruyun

Estoniya Rusiyadan gözlədiyi hərbi təcavüz təhlükəsilə bağlı NATO-ya müraciət etdi.
Estoniya Silahlı Qüvvələrinin rəhbəri, general-mayor Rixo Terras bildirib ki, əgər Rusiya NATO-nu özünə təhlükə hesab edirsə, o zaman NATO da Rusiyanı özünə dost və tərəfdaş ölkə hesab etməməlidir.
"Britaniya və onun NATO-dakı müttəfiqləri Rusiya təhlükəsilə bağlı klassik müharibə aparmaq imkanlarını təmin etməlidir". Rixo Terras bəyan edib ki, NATO-nun öz üzvlərinin istənilən hücumdan müdafiəsilə bağlı öhdəliklərini hər zaman yerinə yetirəcəyinə əmindir: "İndi əsas məsələ ondar ibarətdir ki, Putin NATO-nun 5-ci maddəyə uyğun hərəkət edəcəyinə inanırmı? Biz Rusiya prezidentinə hesablamalarında yanılmaq hüququ verməməliyik".

TURQUT