Skripalın qızının səs yazısı yayıldı Dünya

Skripalın qızının səs yazısı yayıldı

"Hər şey həll olunub"

"Rossiya 1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında Yuliya Skripalla onun əmisi qızı Viktoriya arasında baş tutan telefon danışığının səs yazısı yayılıb.
Söhbət zamanı casus qızı deyib ki, "hər şey yaxşıdır, hər şey həll olunub, sağalırlar, hamı sağdır".
Yuliya bildirib ki, atasının səhhətində hər şey normaldır və o, indi yatır: "Səhhətimiz normaldır. Xəstəxanadan tezliklə çıxacağıq".
Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan keçmiş casus Sergey Skripal Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb.