
Rusiya Hərbi Hava Qüvvələri Belorusdakı Baranoviç aviabazasını genişləndirmək niyyətindədir. Genişləndirmə işləri Rusiya və Belorus hökumətləri arasında əldə olunan razılaşmadan sonra aparılacaq.
Bu barədə Rusiya Hərbi Hava Qüvvələrinin komandanı general-polkovnik Viktor Bondaryov bildirib.
"Baranoviçdə baza yaradacağıq, bunun üçün hər şey var, təkcə hökumətlər arasında sazişin əldə olunmasını gözləyirik. Bundan sonra işə tam başlayacağıq", - deyə Bondaryov bildirib.
Onun sözlərinə görə, tikilən yeni bazada Su-27 qırıcıları yerləşdiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belorus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə Rusiyanın 2015-ci ildə bu ölkədəki aviabazasını genişləndirmək niyyətində olduğunu bildirmişdi.