Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
3 Dekabr 2019 16:49
2 135
Prezident Donald Tramp KXDR lideri Kim Çen In ilə yaxşı münasibətlərinin ABŞ-ın lazım gələcəyi təqdirdə Şimali Koreyaya qarşı silahdan istifadə etməsinə mane olmayacağını deyib.
Xarici KİV-lər xəbər verir ki, Donald Tramp bu barədə NATO-nun Londonda keçiriləcək sammiti ərəfəsində alyansın Baş katibi Yens Stoltenberqlə görüşündən sonra bildirib.
ABŞ Prezidenti KXDR barədə suallara cavab verərkən, həmçinin Asiyadakı müttəfiqlərini - Cənubi Koreya və Yaponiyanı hərbi xərclərini artırmağa, öz təhlükəsizliklərini təmin etməyə daha çox xərc qoymağa çağırıb.
“ABŞ Cənubi Koreyanın müdafiəsinə külli miqdarda vəsait xərcləyir. Mən Yaponiyaya da səslənirəm – siz varlı və böyük ölkəsiniz və bizə kömək etməli, təhlükəsizliyinizə çox pul xərcləməlisiniz”, - deyə Donald Tramp əlavə edib.
15 May 20:36
994
15 May 18:38
1 085
15 May 17:19
1 246