Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
24 Yanvar 2020 14:17
4 914
Tramp administrasiyası cümə axşamı “doğum turizmini” məhdudlaşdırmaq məqsədilə yeni viza qanunlarını təqdim edib. “Doğum turizmi” qadınların uşaqlarına ABŞ pasportu ala bilmək üçün doğum üçün Amerikaya gəlmələridir.
Federal Reyestr qaydalarına əsasən, əgər konsullar qadınların ABŞ-a getmələrinin əsas məqsədinin uşaq dünyaya gətirmək olduğuna qənaətə gəlsə, onlara turist vizası verilməyəcək. Qadınların yalnız doğum üçün deyil, həqiqi tibbi problemdən dolayı ABŞ-a səfər etdiklərini sübut etmələri çox çətin olacaq. Tibbi problemi olanlar ABŞ-a tibbi müalicə üçün gələn digər insanlar kimi rəftar görəcək və onların nəqliyyat və yaşayış xərclərini ödəmək üçün vəsaitlərinin olduğunu sübut etməli olacaqlar.
ABŞ-a doğum üçün səyahət etmək əsas etibarıyla qanunidir, baxmayarq ki, rəsmilər daha öncə doğum turizm agentliklərinin idarə edən şəxsləri viza saxtakarlığı və ya vegidən yayınma ittihamları ilə həbs ediblər. Qadınlar adətən viza üçün müraciər edərkən niyyətlətini dürüst şəkildə açıqlaıyırlar və hətta həkim və xəstəxanalrdan aldıqları imzalı müqavilələri təqdim edirlər.
Cümə günü qüvvəyə minən yeni qanunlara əsasən, Dövlət Departamenti Birləşmiş Ştatlara uşaq üçün ABŞ vətəndaşlığı əldə etmək məqsədilə səfər etməyin istirahət məqsədli səyahət olmadığına inanır.
Prezident Donald Trampın administrasiyası immiqrasiyanın bütün formalrını məhdudlaşdırır, lakin Trampı ən çox narhat edən məsələ ABŞ-da doğulan hər kəsə vətəndaşlığın verilməsidir. Respublikaçı prezident bu məsələyə qarşı çıxıb və buna son qoymaqla təhdid edib, lakin alimlər və onun adminsitrasiyasnın üzvləri bunun asan olmadığını deyib. Konsulluq işçilərinin qadınlardan hamilə olub-olmadıqlarını soruşmaq haqqları yoxdur. Buna baxmayaraq onlar viza üçün müraciət edən qadınların ABŞ-a uşaq dünyaya gətirmək məqsədilə gəlib-gəlmədiklərini müəyyən etməlidirlər.
15 Noyabr 17:45
1 673
15 Noyabr 17:44
1 638
15 Noyabr 17:09
1 736