“ABŞ dominant, Rusiya güclü”
26 Dekabr 21:04
26 Dekabr 21:04
26 Dekabr 20:22
26 Dekabr 19:20
26 Dekabr 19:03
26 Fevral 2020 12:45
5 663
Səudiyyə Ərəbistanının Liviyada qiyamçı general Xəlifə Haftarın liderliyindəki orduya dəstək verən Rusiyanın muzdlulardan ibarət “Vaqner” qrupunun maliyyələşdirdiyi üzə çıxıb. Səud hökuməti Haftar ordusuna gizli yolla verdiyi dəstəyi artırmaq barədə qərar verib. “Al-Monitor” nəşri Səudiyyə Ərəbistanının bölgədə Türkiyə əleyhinə formalaşan yeni koalisiyanın güclənməsində baş rolu oynadığını iddia edib. Riyadın bu məqsədlə Birləşmir Ərəb Əmirlikləri ilə birlikdə Haftar ordusuna dəstək verən “Vaqner” qrupuna maddi-texniki dəstək verdiyi bildirilib.
Mənbə Səudiyyə və BƏƏ-dən dəstəyi güclənən Haftar ordusunun yenidən Tripoliyə hücuma keçdiyini yazıb. Bundan əvvəl Fransanın “Le Monde” nəşri də eyni iddia ilə çıxış etmişdi. Məlumata görə, Səudiyyə Ərəbistanı son olaraq Tripolidəki Milli Sülh Hökumətini hədəf alan Haftar ordusuna 10 milyon dollar yardım göndərib. Nəşr Səudiyyə Ərəbistanı və BƏƏ-nin əsas məqsədinin Haftara dəstək yox, Liviya Milli Sülh Hökumətinə dəstək verən Türkiyəni bölgədən sıxışdırıb çıxarmaq olduğunu yazıb.
26 Dekabr 18:00
1 239
26 Dekabr 17:39
1 225
26 Dekabr 16:24
1 218