Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
29 Mart 2020 21:06
2 324
Moskvada sabahda özünütəcridlə bağlı ev rejimi tətbiq olunacaq.
Bu barədə Moskvanın meri Sergey Sobyaninin saytında məlumat yayılıb.
“Sabahdan başlayaraq, yaşından asılı olmadan Moskvanın bütün sakinləri üçün ev rejimi – özünütəcrid rejiminin tətbiqinə başlanılır”, - məlumatda qeyd edilib.
Bildirilir ki, evi yalnız təxirəsalınmaz tibbi xidmətə ehtiyac olduqda, həyat və sağlamlıqla bağlı birbaşa təhdid yarandıqda, məcburi qaydada işə getməli olduqda tərk etmək olar.
Eyni zamanda ən yaxın ərzaq mağazası və aptekə getmək, həyətdə ev heyvanını yaşadığın mənzildən 100 metr məsafədən artıq uzaqlaşmadan gəzdirmək, zibil atmaq olar.
Qeyd edək ki, bu gün Rusiyada 1534 koronavirusa yoluxma halı var, 9 nəfər bu virusdan ölüb.
15 May 20:36
1 001
15 May 18:38
1 092
15 May 17:19
1 253