Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
30 Mart 2020 09:15
1 603
İnsanlara koronavirusun yayılma miqyası və bununla əlaqəli risklər, eləcə də universal özünütəcrid barədə məlumat vermək epidemiyanın qarşısını almağa kömək edəcək.
Bu sözləri epidemioloq Mixail Favorov “Moskva axşamı"na danışarkən deyib. Onun sözlərinə görə, 2002-ci ildə atipik pnevmaniya və 2013-cü ildə Yaxın Şərq tənəffüs sindromu zamanı hakimiyyət orqanlarının buraxdığı əsas səhv əhaliyə xəstəliyin nə qədər sürətlə yayılmasını açıqlamaması və karantin tələb etməməsi idi.
“Çinin Uhan şəhərində yeni koronavirus epidemiyası zamanı daha sərt tədbirlər görüldü və zaman keçdikcə yeni infeksiyaların sayı azaldı. 11 milyon əhalisi olan bir şəhər fəaliyyətini dayandırdı, karantinə alındı, ümumi nəzarət və təcili tədbirlər görüldü. Və bu rejimi pozanları mühakimə etməyə başladılar. Verilən cəza isə iki-üç il deyil, on il azadlıqdan məhrumetmədən ömürlük həbs cəzasına qədər oldu”, - deyə epidemioloq qeyd edib.
Onun sözlərinə görə, yeni infeksiya ocaqlarının yaranmasının qarşısını almaq üçün insanların evdə qalması vacibdir:
“Bu cür təhlükəli xəstəliklərə laqeydlik yaralarsız ötüşmür. Buna misal olaraq çox sayda insan itkisi olan İtaliyanı göstərmək olar. Orada koronavirus hekayəsi milli faciəyə çevrildi”.
Həkim qeyd edib ki, universal özünütəcrid koronavirusun peyvəndinin hazırlanmasından daha tez epidemiyanın sonlanmasına gətirib çıxara bilər.
15 Noyabr 17:45
1 701
15 Noyabr 17:44
1 666
15 Noyabr 17:09
1 778