Ermənistanda koronavirusa yoluxanların sayı 1039 nəfərə yüksəlib Dünya

Ermənistanda koronavirusa yoluxanların sayı 1039 nəfərə yüksəlib

Ermənistanda son sutka ərzində daha 26 nəfər koronavirusa yoluxub. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 1039 nəfərə çatıb. Qeyd olunub ki, xəstəlikdən 14 nəfər ölüb, 211 nəfər sağalıb.