11 Noyabr 23:45
11 Noyabr 23:42
11 Noyabr 23:33
18 May 2020 16:21
2 282
Liviya Milli Həmrəylik Hökumətinə məxsus qüvvələr qiyamçı general Haftarın əlində olan Vatiyyə hərbi aerodromu üzərində nəzarəti tam bərpa ediblər. Bu barədə “Qəzəb vulkanı” əməliyyaını aparan Liviya ordusu Qərb Əməliyyat Dairəsi komandiri Usamə Cüveyli açıqlama verib.
Qeyd edək ki, Liviya ordusuna məxsus hava qüvvələrinin son 48 ərzində Rusiya istehsal üçüncü “Pantsir” sistemini məhv edib. 2019-cu ilin aprelindən Vatiyyə aerodromu Haftar qüvvələri tərəfindən Tripoliyə hava zərbələri endirmək üçün fəal şəkildə istifadə olunurdu. Baza uğrunda döyüşlər 25 martdan bəri davam edirdi. Strateji əhəmiyyətə malik Vatiyyə aerodromu səhranın ortasında yerləşən, müdafiəsi yaxşı təşkil olunmuş hərbi bazadır. Mititqa aeroportundan sonra ən vacib aerodromdur. Baza 2014-cü ilin avqustundan bu yana Haftar qüvvələrinin əlində idi.
11 Noyabr 23:17
784
11 Noyabr 17:52
959
11 Noyabr 14:24
924