İsrail ordusu Beyruta hədəfli zərbə endirib
28 May 15:32
28 May 15:32
İran: "ABŞ vurduğu yüz milyardlarla dollarlıq ziyanı ödəməlidir"
Rumıniya Prezidenti Müdafiə Şurasının təcili iclasını çağırıb
“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib
Qazaxıstan Bakı-Supsa kəmərini mümkün neft ixracı marşrutları arasında qiymətləndirir
27 May 2020 17:46
3 059
“Ukrayna ilə strateji tərəfdaşlıq bir daha nəzərdən keçirilməyəcək”.
Bunu Gürcüstanın Xarici İşlər Naziri David Zalkaliani deyib. O bildirib ki, Ukrayna ilə Gürcüstanın ərazilərin işğalı, Avro-Atlantik inteqrasiya, GUAM-da ümumi mövqe kimi bir sıra bənzər çağırışları var.
XİN başçısı qeyd edib ki, Ukrayna tərəfinin qərarı bir sıra problemlər yaradıb və bu problemlərin anlaşılması üçün səfirlə ciddi müzakirələrin aparılmasına ehtiyac duyulub. D. Zalkaliani qeyd edib ki, səfir Tornike Şaraşenidzenin Ukraynaya qayıtması prosesi çox çəkməyəcək.
"Biz Ukrayna hökumətinin müxtəlif nümayəndələrindən, eləcə də Ukrayna parlamentindən dostca olmayan bəyanatlar eşitdik. Strateji tərəfdaşlar bütün vacib məsələlərdə bir-birilərini anlamalıdırlar. Ukraynalı həmkarımla dünən yaxşı ünsiyyətim oldu, məni Müstəqillik Günü münasibəti ilə təbrik etdi. Həmçinin, Ukrayna Baş Nazirinin müavini və sabiq xarici işlər naziri ilə əlaqə saxladım. Düşünürəm ki, bu əlaqələr davam edəcək. Biz səfirin geri dönməsi üçün tarix müəyyən edəcəyik və bu proses çox çəkməyəcək”, - deyə D. Zalkaliani bildirib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin mayın 8-də Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeel Saakaşvilini Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin etməsi Gürcüstan hökumətinin etirazı ilə qarşılanıb. Bununla əlaqədar Gürcüstanın Ukraynadakı səfiri T. Şaraşenidze siyasi məsləhətləşmələr aparılması üçün geri çağırılıb.
29 May 14:34
1 351
29 May 11:35
1 351
29 May 09:45
1 379