Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
22 İyul 2020 15:58
5 663
İyulun əvvəlindən etibarən teatrlarımız bir-birinin ardınca sənət mövsümünü başa vurdular. Martın əvvəlindən sənətçiləri səhnədən, tamaşaçıları teatr salonlarından qaçaq salan koronavirus pandemiyası səbəbindən Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü virtual formatda, onlayn rejimdə bağlandı.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 147-ci teatr mövsümünə “Qarabağnamə” tamaşası ilə yekun vurub. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Teatrın mətbuat katibi Cavid Zeynallı bildirib ki, səhnə əsəri onlayn şəkildə nümayiş olunub. Mətbuat katibi qeyd edib ki, xüsusi karantin günlərində Akademik Milli Dram Teatrı öz fəaliyyətini virtual şəkildə davam etdirib: “Mart, aprel, may və iyun ayları üçün virtual repertuar tərtib olundu və cari repertuarda olan, eyni zamanda teatrın arxivindəki tamaşalar “Youtube”, “Facebook” platformaları və “Azdrama.az” rəsmi internet saytı vasitəsilə nümayiş olundu”.
İyulun 20-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 138-ci teatr mövsümünün bağlanışı münasibətilə videokonfrans keçirib. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev pandemiya dönəmindəki fəaliyyətdən bəhs edib. Bildirib ki, karantin dövründə Mədəniyyət Nazirliyi tərəfindən gerçəkləşdirilən “Evdə qal, tamaşa izlə” layihəsi çərçivəsində İrəvan Teatrı sosial şəbəkə üzərindən onlayn formatda tamaşaçılarla ünsiyyət qurub, yaradıcılıq müzakirələri aparıb. Təkcə aprel ayında teatrın “Facebook” səhifəsində ümumilikdə 30 seans-tamaşa təqdim olunub. Sonrakı aylarda da virtual nümayişlər davam edib.
Karantin günlərində teatrın rəhbərliyi tərəfindən kollektivin onlayn toplantıları, o cümlədən ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü, 28 May – Respublika Günü və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videokonfranslar da keçirilib. Sonra videokonfransda kollektivin üzvləri çıxış edərək fikirlərini bölüşüblər.
15 Noyabr 17:45
1 708
15 Noyabr 17:44
1 680
15 Noyabr 17:09
1 792