Sərkisyan Yanukoviçin taleyini yaşayacaq Dünya

Sərkisyan Yanukoviçin taleyini yaşayacaq

Ermənistanda gürcü ssenarisi ilə hakimiyyət dəyişməlidir. Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbər görə belə açıqlama ilə politoloq Yervand Bozoyan çıxış edib.
Ekspertin sözlərinə görə Ermənistan hakimiyyəti ölkənin əsas müxalifət partiyaları olan və prezident Serj Sərkisyana qarşı birləşən "Çiçəklənən Ermənistan", "İrs" və "Ermənistan Milli Konqresi"ilə razılığa gəlib növbədənkənar parlament seçkiləri keçirməlidir.
"Ermənistan hakimiyyəti bu üçlüklə kompromisə getməlidir. Əks təqdirdə bu üçlük və erməni xalqı hakimiyyətin devrilməsi üçün Ukrayna modelindən istifadə edəcək. Ancaq mən istəyirəm ki, sistemdə islahatlar keçirilsin, bunun üçün ən münasib və mədəni obrazı Gürcüstanda oldu, necə ki müxalifət parlament seçkisində qələbə qazandı",-deyə politoloq qeyd edib.