Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
25 Fevral 2021 08:57
1 862
ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın bir sıra kateqoriyadan olan əcnəbi vətəndaşların ölkə ərazisinə girişini məhdudlaşdıran fərmanını ləğv edib.
TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında deyilir.
“Koronavirusun yayılmasından sonra iqtisadiyyatın bərpası dövründə ABŞ-da əmək bazarı üçün təhlükə yaradan immiqrantların 22 aprel 2022-ci il tarixindən etibarən ölkəyə girişinin dayandırılması ABŞ-ın maraqlarına cavab vermir, əksinə, ABŞ-a zərər vurur. Müvafiq qərar ləğv edilir”, - deyə sənədin mətnində qeyd olunub.
Xatırladaq ki, D.Tramp 22 aprel 2020-ci il tarixində koronavirus infeksiyasının yayılmasının mənfi iqtisadi nəticələri səbəbindən bir sıra kateqoriyalar üzrə ölkəyə immiqrasiyanın 60 günlük qadağan edilməsi barədə fərman imzalamışdı. Fərmanın müddəti sonradan bir neçə dəfə uzadılıb.
15 May 20:36
1 050
15 May 18:38
1 155
15 May 17:19
1 302