Ötən ay iki cərrahın ixtisasına uyğun olmayan plastik əməliyyatlar apardığı aşkarlanıb
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
"Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb"-Qüdrət Həsənquliyev
Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
2 Dekabr 2022 14:23
4 249
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-nə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, qar örtüyünün hündürlüyü Altıağacda 7 sm, Qaxda 1 sm olub.
Düşən yağıntının miqdarı Lerik, Şamaxı, Ağdam, Göygöl, Lənkəran, Göytəpə, Ağdərə (Ordubad), Şəmkir, Qəbələ, Şabran, Beyləqan, Cəfərxan, Astara, Qobustan, Yardımlı, Altıağac, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Tovuz, Oğuz, Zaqatala, Şəki, Qax, Ağsu, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Sabirabadda 5.0 mm-dək, Bakıda və Abşeron yarımadasında Pirallahıda 10.0 mm, Maştağa, Binədə 8.0 mm, Bakıda 7.0 mm, Sumqayıtda 5.0 mm-dək olub.
Bu gün ölkə ərazisində səhər saatlarından başlayaraq yağıntılar kəsilib.
12:18
315
11:38
399
11:20
434