Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Hektarlarla torpağı zəbt ediblər”

“Hektarlarla torpağı zəbt ediblər” Hadisə

“Hektarlarla torpağı zəbt ediblər”

Pay torpaqlarına görə qanunu pozmuş şəxslər mülki və inzibati məsuliyyətdən əlavə cinayət məsuliyyətinə cəlb oluna bilərlər


Dünən Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
Komitə sədri Eldar İbrahimov çıxışında bildirib ki, qanuna edilən dəyişikliyin əsas məqsədi əvvəlki redaksiyadan fərqli olaraq pay torpaqlarına görə qanunu pozmuş şəxslərin mülki və inzibati məsuliyyətdən əlavə cinayət məsuliyyətinə cəlb olunmasıdır.
Daha sonra çıxış edən komitənin sədr müavini, deputat Eldar Quliyev bildirib ki, təmsil etdiyi komitə dəfələrlə torpaqların monitorinqinin keçirilməsi ilə bağlı təkliflə çıxış edib. Deputat qeyd edib ki, burada məqsəd kimlərinsə hüquqi məsuliyyətə cəlb olunmasında deyil, torpaqların təyinatı üzrə lazımi şəxslərə verilib və təyinatı üzrə istifadə olunmasından gedir:
"Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edirəm ki, torpaqların monitorinqi ilə bağlı ortaq komissiya yaratsınlar. Bu gün hektarlarla torpaq var ki, hasarlanıb və təyinatı üzrə istifadə olunmur".
Komitə üzvü Cavanşir Paşazadə bildirib ki, bu gün cənub zonasında insanlar onlara təyinatı üzrə verilən torpaqları özlərinin pay torpağı kimi görmürlər. Deputat qeyd edib ki, zaman keçdikcə kimin gücü çatıbsa, başqalarının torpağını zəbt edib.
Deputat Tahir Süleymanov Şabranda 100 hektarlarla torpağın müəyyən şəxslər və ictimai təşkilatlar tərəfindən alınıb, istifadə edilməməsindən şikayət edib.
"Şabran və Siyəzən rayonunda hektarlarla torpaqlar zəbt olunub, hasarlanıb, bəzir yerlərdə isə kənd təsərrüftaı üzrə deyil, başqa təyinatlar üzrə istifadə olunur".
Deputat Novruzəli Aslanov təklif edib ki, torpaqların alqı-satqı müqavilələrində torpaqlara qulluq edilməsi, eroziyadan, təbiət hadisələrindən qorunması icbari xarakter daşımalıdır. Deputat bildirib ki, hazırki qanunvericilikdə bu icbari xarakter daşımır: "Ona görə də kəndlilər onlara verilən pay torpaqlarına qulluq etməkdə maraqlı deyillər. Hesab edirəm ki, məhz bu məsələdə qanunvericiliyə müvafiq olaraq dəyişiklik edilməlidir".
Deputat Aydın Hüseynov isə öz çıxışında meşə örtüyünə yaxın olan kəndlərin, yaşayış məntəqələrinin qazlaşdırılmasının çox vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu gün Azərbaycanda torpaqların cəmi 10-15 faizini meşə örtüyü, meşələr təşkil edir:
"Bizdə meşələr elə də çox deyil. Amma çox təəssüflər olsun ki, meşələrə yaxın yaşayış məntəqələrinin qazlaşdırılmasına bəzən ikinci dərəcəli məsələ kimi yanaşılır. Bildirilir ki, onlar meşə örtüyünə yaxın olduqları üçün istilik problemini özləri birtəhər həll edə bilərlər.
Bu, düzgün deyil. Çünki nəticədə meşələrimiz qırılır, məhv edilir, ekologiyamıza ciddi ziyan dəyir".
Komitə sədri Eldar İbrahimov da millət vəkilinin fikirlərini müsbət dəyərləndirib.
Eyni zamanda, əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə ciddi diqqət yetirir: "Təbii ki, kimlərsə qanunsuz şəkildə meşələrə, meşə örtüyünə ziyan vurursa, onun da artıq qanunla müəyyən olunmuş cəzaları, maliyyə saksiyaları var. Onlar məsuliyyətdən qaça bilməyəcəklər.
Həm də ölkəmizin qaz ehtiyatları var. Artıq qaz problemindən şikayətlənməyə dəyməz. Yəni bütün kənd və qəsəbələr qazlaşdırılmalıdır".