

2040-cı ilə qədər Azərbaycan əhalisinin sayının 12.5 milyon nəfərə çatacağını proqnozlaşdırırıq.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda əhalinin sayının artması ilə yanaşı, suya, ərzağa olan tələbat da artacaq.
“Biz bunların hamısını proqnozlaşdırırq”, - deyə Baş nazir əlavə edib.
Qeyd edək ki, 2019-cu ildə keçirilmiş əhalinin siyahıya alınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il yanvar ayının 1-i vəziyyətinə 10 127 145 nəfər təşkil edib.